“Fənərbağça” hücumçusunu satışa çıxardı

Qvineyalı hücumçu Sidiki Şerif “Fənərbağça”dan ayrılmağa hazırlaşır.

Newsport.az xəbər verir ki, 19 yaşlı futbolçu komandanın baş məşqçisi İsmail Kartalın planlarında yer almır. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

İstanbul klubu Şerif üçün təklifləri dəyərləndirməyə qərar verib.

Bu ilin yanvarında heyətə cəlb edilən hücumçu “bülbüllər”lə Super Liqada 12 oyunda 2 qol vurub. Onun “transfermarkt”da dəyəri 18 milyon avrodur.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right