"Sənə "Mançester Yunayted"dən zəng gələndə iki dəfə düşünmürsən"

Yuri Tilemans "Mançester Yunayted"ə keçidindən sonra təəssüratlarını bölüşüb.

Newsport.az xəbər verir ki, Belçika millisinin yarımmüdafiəçisi 2031-ci ilə qədər qüvvədə olacaq müqavilə imzalayıb. Məlumatlara görə, “Mançester Yunayted” futbolçu üçün "Aston Villa"ya 35 milyon funt-sterlinq ödəyəcək.

“Mançester Yunayted" kimi xüsusi bir kluba qoşulduğum üçün nə qədər qürur duyduğumu sözlə ifadə etmək çətindir. Bu müqaviləni imzalamaq mənim futbola aşiq olduğum gündən bəri göstərdiyim uzun illərin zəhmətinin zirvəsidir. Futbolda müəyyən uğurlar qazanmaq mənə nəsib olub və bu, məni daha böyük nailiyyətlər üçün daha da motivasiya edir. Klubdakı hər kəsin məqsədi çox aydındır, qarşıdakı illərdə ən böyük titullar uğrunda mübarizə aparmaq.

Futbolda qərar vermək çox vacibdir. Bəzi qərarlar vaxt aparır, bəziləri isə saniyələr içində verilir. Amma sənə "Mançester Yunayted"dən zəng gələndə, iki dəfə düşünmürsən”, – deyə Tilemans bildirib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right