Mourinyo Vinisiusu "Real"da qalmağa razı salmaq istəyir

İspaniyanın "Real" komandasının baş məşqçisi Joze Mourinyo braziliyalı futbolçu Vinisius Juniorun müqaviləsinin müddətinin uzadılmasında fəal iştirak etməyi planlaşdırır.

Newsport.az "Sport.es" nəşrinə istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis cinah oyunçusunun klubda qalmasının tərəfdarıdır.

Mourinyo Vinisiusu Kilian Mbappe və Cud Bellingemlə birlikdə Madrid təmsilçisinin əsas üzvü hesab edir.

Hazırda "Real"la futbolçu arasında danışıqlar davam edir. Braziliyalı vinger mövsümdə təxminən 30 milyon avro maaş almağa ümid edir. Bu da Mbappenin gəlir səviyyəsinə uyğundur. "Kral klubu"nun rəhbərliyi hazırda belə maliyyə şərtləri ilə razılaşmağa hazır deyil.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right