PSJ heyətini Fransa yığmasının üzvü ilə gücləndirir. Parislilər sol cinah müdafiəçisi Luka Dinlə anlaşıb.
Newsport.az xəbər verir ki, hazırda dünya çempionatında olan 32 yaşlı oyunçu ilə münasibətlər bu yarış bitdikdən sonra rəsmiləşəcək. Onun üçün “Aston Villa”ya nə qədər ödəniləcəyi isə bəlli deyil.
PSJ 2013-cü ildə Dini “Lill”dən 15 milyon avroya almış, “Roma”ya icarəyə vermiş, daha sonra 16,5 milyona “Barselona”ya satmışdı. Luka daha sonra “Everton”a satılmış, sonda 30 milyon avroya “Aston Villa”ya getmişdi. Birmingemlilərlə iki illik müqaviləsi qalan oyunçu indi cəmi 10 milyona PSJ-yə qayıdır.
Fransa çempionu Dinlə 3 illik müqavilə bağlayacaq.