Yamal: "Fransa üzərində qələbə ad günü hədiyyəm olar"

İspaniya millisinin və "Barselona"nın futbolçusu Lamin Yamal dünya çempionatının yarımfinalında Fransa ilə keçiriləcək oyun barədə danışıb.

Newsport.az xəbər verir ki, 19 yaşını qeyd edən cinah oyunçusu bu görüşün karyerasındakı ən vacib matç olacağını bildirib.

"Şübhəsiz ki, bu, oynayacağım ən vacib matçdır. Hamımız, xüsusən də mən çox həyəcanlıyıq. Əminəm ki, bu, xüsusi gün olacaq. Özümə ad günü hədiyyəsi olaraq Fransa üzərində qələbə qazanmaq və finalda oynamaq üçün Nyu-Yorka getmək imkanı əldə etmək istərdim", - deyə Yamal söyləyib.

Qeyd edək ki, Fransa - İspaniya matçı bu gün, Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right