Slaven Biliç rəsmən Xorvatiya millisində

Xorvatiya Futbol Federasiyası yığmanın yeni baş məşqçisinin Slaven Biliç olduğunu rəsmən açıqlayıb.

Newsport.az xəbər verir ki, 57 yaşlı mütəxəssis bu vəzifədə istefaya göndərilən Zlatko Daliçi əvəzləyib.

Qeyd edək ki, Biliç daha əvvəl də – 2006-2012-ci illərdə Xorvatiya millisini çalışdırıb. Onun rəhbərliyi altında komanda AVRO-2008-in 1/4 final mərhələsinə qədər irəliləmişdi.

Xorvatiyalı mütəxəssisin son iş yeri Səudiyyə Ərəbistanının “Əl-Fəth” klubu olub. O, bu komandadan 2024-cü ildə ayrılıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right