Haaland: "İngiltərə millisinin uğur qazanmasını istəyirəm"

Norveç millisinin hücumçusu Erlinq Haaland dünya çempionatının 1/4 finalında İngiltərəyə məğlub olduqları oyundan sonra rəqib komandaya uğurlar arzulayıb.

Newsport.az xəbər verir ki, "Mançester Siti"nin futbolçusu əlavə vaxtda İngiltərənin 2:1 hesablı qələbəsi ilə başa çatan görüşdən sonra fikirlərini bölüşüb. O deyib: 

“İngiltərənin uğur qazanmasını istəyirəm. Düşünürəm ki, uşaqlıqda Norveç millisinin formasından əvvəl İngiltərə millisinin formasını almışdım. İngiltərəyə uğurlar arzulayıram. Çünki İngiltərə əla ölkədir, onların forması da çox gözəldir”.

Qeyd edək ki, Erlinq Haaland İngiltərənin Lids şəhərində anadan olub. Həmin dövrdə onun atası Alf-İnge Haaland bu şəhərin adını daşıyan komandada çıxış edirdi.

Xatırladaq ki, İngiltərə millisi 2026-cı il dünya çempionatının yarımfinalında Argentina ilə qarşılaşacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right