Vieyra milli komandanın baş məşqçisi təyin oluna bilər

Patrik Vieyra Seneqal milli komandasının yeni baş məşqçisi ola bilər.

Newsport.az xəbər verir ki, bu barədə "L'Equipe" nəşri məlumat yayıb.

Seneqal Futbol Federasiyasının rəhbərliyi yaxın vaxtlarda dünya çempionatındakı uğursuz çıxışın yekunlarını müzakirə etmək üçün təcili iclas keçirəcək. Komanda mübarizəni artıq 1/16 final mərhələsində dayandırıb. Onlar əlavə vaxtda Belçikaya 2:3 hesabı ilə məğlub olublar.

​Bu nəticədən sonra hazırkı baş məşqçi Papa Tiavın gələcəyi böyük sual altındadır. Federasiya daxilində artıq Patrik Vieyranın təyinatını dəstəkləyən nüfuzlu funksionerlər var.

​50 yaşlı mütəxəssis 2025-ci ilin noyabrında "Cenoa"dan ayrıldıqdan sonra işsizdir. Onun namizədliyi təkcə məşqçilik təcrübəsinə görə deyil, həm də mənşəyinə görə xüsusilə cəlbedici hesab olunur. Dakar şəhərində anadan olan Vieyra əvvəllər Seneqal futbolunun, xüsusən də ölkənin ən məşhur akademiyalarından biri olan "Diambars"ın inkişafına sərmayə qoyub.

​Seneqal millisinin məşqçilər korpusunun gələcəyi ilə bağlı yekun qərar komandanın dünya çempionatındakı çıxışının daxili təhlilindən sonra veriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right