“Seltik”də oynayan ilk kolumbiyalı olmaq mənim üçün böyük şərəfdir" Kamilo Duran

Xəbər verdiyimiz kimi, “Qarabağ”ın hücumçusu Kamilo Duran karyerasını Şotlandiyada davam etdirəcək.

Newsport.az xəbər verir ki, “Seltik” 24 yaşlı kolumbiyalı futbolçunun transferini rəsmən açıqlayıb. Tərəflər arasında 5 illik müqavilə imzalanıb.

Şotlandiya çempionları keçid üçün ödənilən məbləği açıqlanmayıb. Lakin qeyri-rəsmi məlumata görə, bu transferə görə “Seltik” “Qarabağ”a 5,5 milyon funt (6,4 milyon avro) təzminat ödəyəcək.

Keçidi ilə bağlı “Seltik”in mətbuat xidmətinə danışan Kamilo Duran deyib:

“Çempionlar Liqasında oynamaq gerçəkləşən arzu idi. Uşaqlıqdan belə turnirlərdə çıxış etməyi xəyal edirsən. Orada qol vurmaq inanılmaz idi və mən bunu burada da davam etdirmək istəyirəm.

Hər oyunda maksimum gücümlə çıxış edirəm, çox çalışıram və ümid edirəm ki, qollar gələcək.

“Seltik”də oynayan ilk kolumbiyalı olmaq mənim üçün böyük şərəfdir. Uşaqlıqdan millidə çıxış etməyi arzulamışam və ümid edirəm ki, burada uğurlu çıxış edərək bir gün bu arzuma da çatacağam”.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right