Xorvatiya millisinin baş məşqçisi Zlatko Daliç vəzifəsindən ayrılıb.
Newsport.az xəbər verir ki, bu barədə Xorvatiya Futbol İttifaqı məlumat yayıb.
59 yaşlı mütəxəssis başa çatan müqaviləsini yeniləməyib. O, 9 il Xorvatiya millisinə rəhbərlik edib.
Xatırladaq ki, Zlatko Daliç Xorvatiya millisi ilə DÇ-2018-də gümüş, DÇ-2022-də bürünc, 2023-cü il Millətlər Liqasında gümüş medal qazanıb. Komanda DÇ-2026-nın 1/16 final mərhələsində Portuqaliyaya məğlub olaraq mübarizəni dayandrıb.