Braziliya Futbol Konfederasiyasından Karlo Ançelotti qərarı

Braziliya Futbol Konfederasiyası Karlo Ançelottini milli komandanın baş məşqçisi vəzifəsindən kənarlaşdırmamaq barədə qərar qəbul edib.

Newsport.az xəbər verir ki, bu barədə "Footmercato" nəşri məlumat yayıb.

Braziliya yığmasının dünya çempionatının 1/8 finalında Norveçə 1:2 hesabı ilə uduzaraq 1990-cı ildən bəri ilk dəfə 1/4 finala yüksələ bilməməsinə baxmayaraq, qurumun rəsmisi Rodriqo Kaetano italyan mütəxəssisin postunda qalacağını bəyan edib:

"Braziliya 2030-cu il dünya çempionatının hazırlıq dövrünü izləməyə davam etməli və son 4 ilə xarakterik olan tez-tez məşqçi dəyişiklikləri ilə müqayisədə daha çox inam nümayiş etdirməlidir. Hazırkı çalışdırıcı ilə sentyabr ayında komandanın yenidən qurulmasına başlaya bilərik. Məhz buna görə də konfederasiya hələ dünya çempionatından əvvəl Ançelotti ilə işi davam etdirəcəyinə əmin idi".

Xatırladaq ki, təcrübəli mütəxəssis 2025-ci ilin mayından Braziliya seçməsinə rəhbərlik edir və turnirdən öncə müqaviləsini daha 4 il müddətinə uzadıb. İtaliyalı mütəxəssis dünyada ən çox maaş alan milli komanda məşqçisidir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right