Bakı "İnter”indən ayrılan futbolçu L`imam İssak Seydinin İsveçrənin "Arau” klubunda baxışda olması barədə məlumat vermişdik.
Newsport.az-ın məlumatına görə, futbolçunun "Arau”ya keçidi baş tutmayıb. 29 yaşlı futbolçunun oyunu "Arau”nun baş məşqçisi Raimondo Ponteni razı salmayıb.
"Arau”nun düşərgəsini tərk edən futbolçu daha bir kluba baxışa yollanıb. 30 yaşlı forvard hazırda Maltanın "Brikirkara” klubunda baxışdadır. Futbolçu ilə bağlı son qərarı Malta təmsilçisinin baş məşqçisi Yosef Mansueta qərar verəcək.
Qeyd edək ki, Seydi mövsümün əvvəlində "Xəzər Lənkəran”a transfer olunmuşdu. O, "Xəzər Lənkəran”ın FİFA tərəfindən cəzalanmasından sonra "İnter”ə keçmişdi. Fransalı hücumçu Bakı təmsilçisinin heyətində 7 oyunda 1 dəfə rəqib qapılarına yol tapmağı bacarmışdı.