Səudiyyə Ərəbistanının “Əl-Feyha” klubu futbolçusu Yassin Benzia ilə yollarını ayırıb.
Newsport.az xəbər verir ki, klub bu barədə rəsmi sosial şəbəkə hesabında paylaşım edib.
Qeyd edək ki, əlcəzairli yarımmüdafiəçi ilə başa çatan müqavilə yenlənməyib.
Benzia 2023-cü ilin yanvarından 2025-ci ilin yayına qədər “Qarabağ”da çıxış edib. Ötən yay "Əl-Feyha"ya keçən Benzia Səudiyyə Ərəbistanı Pro Liqasında 32 oyunda meydana çıxıb, 4 qol vurub və 5 qolun ötürməsini edib.