“Çelsi”nin sabiq baş məşqçisi Liam Rosenyorun yeni iş yeri bəlli olub.
Newsport.az xəbər verir ki, 41 yaşlı mütəxəssis Fransanın “Paris” klubunu çalışdıracaq.
Məlumatı Liqa 1 təmsilçisinin mətbuat xidməti yayıb. İngiltərəli məşqçi ilə 2 illik müqavilə imzalanıb.
Rosenyor paytaxt klubunda Antuan Kombuareni əvəzləyib. “Paris” ötən mövsüm Liqa-1-də 11-ci yeri tutub.
Xatırladaq ki, Rosenyor 2026-cı ilin aprelində ardıcıl 5 məğlubiyyətdən sonra “Çelsi”dən istefaya göndərilmişdi.