İspaniya millisinin heyətində yüksək səviyyəli 26 futbolçu yer alıb.
Newsport.az xarici mediaya istinadən xəbər verir ki, bunu adıçəkilən yığmanın baş məşqçisi Luis de la Fuente Portuqaliyaya qarşı keçirdikləri DÇ-2026-nın 1/8 final mərhələsinin oyunundan sonra mətbuat konfransında deyib. Mütəxəssis qələbə qazandıqları görüşü şərh edib:
"Ən önəmli futbolçular oyuna sonradan daxil olanlardır. Merinoya demişəm ki, həmişə oynadığımız üsluba sadiq qalmalıyıq. Onun rolu yarımmüdafiə ilə hücum xətti arasında əlaqə yaratmaq, komandaya dəstək verməkdir. Merino ilə bağlı düşüncəmiz komandaya lazım olan ritmi və enerjini qazandırmaq idi. Ehtiyat oyunçular skamyasından meydana daxil olan futbolçuların töhfəsi əla səviyyədə olub. Bunun səbəbi isə heyətimizdə yüksək səviyyəli 26 futbolçunun olmasıdır".
Qeyd edək ki, İspaniya Portuqaliya seçməsinə 1:0 hesabı ilə qalib gələrək 1/4 finala adlayıb.