DÇ-2026-da 1/8 finalın son üç oyunu keçirilir.
Newsport.az xəbər verir ki, günün ilk matçında mundialın təşkilatçı ölkələrindən biri ABŞ Belçika yığması ilə üz-üzə gəlib. Oyun Belçikanın 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Son dünya çempionu Argentina Misiri sınağa çəkəcək.
Mərhələnin son matçında isə İsveçrə Kolumbiya ilə qarşılaşacaq.
7 iyul
04:00. ABŞ - Belçika - 1:4
Qollar: Malik Tillman, 31 - Şarl de Ketelare, 9, 33, Hans Vanaken, 57, Romelu Lukaku, 90+3
20:00. Argentina - Misir
8 iyul
00:00. İsveçrə - Kolumbiya