“Barselona” “Real Sosyedad”ın qapıçısı ilə maraqlanır

“Barselona” “Real Sosyedad”ın qapıçısı Aleks Remiro ilə maraqlanır.

Newsport.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, ispaniyalı futbolçu Kataloniya klubunun baş məşqçisi Hans-Diter Flikin bəyəndiyi qapıçılardan biridir. Remironun da “Barselona”ya keçməyə müsbət yanaşdığı bildirilir. Lakin transfer Voyçex Şesnının gələcəyindən asılıdır. Kataloniya klubu polşalı qapıçı ilə yollarını ayıracağı halda, Remiro üçün addım atacaq.

31 yaşlı qolkiper 2025/26 mövsümündə bütün turnirlərdə 39 oyunda 62 qol buraxıb, 4 matçda isə qapısını toxunulmaz saxlayıb. “Transfermarkt” onun bazar dəyərini 9 milyon avro qiymətləndirir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right