Almaniya millisinin və "Bavariya"nın futbolçusu Camal Musiala əməliyyat olunub.
Newsport.az xəbər verir ki, bu barədə Münhen klubunun rəsmi saytı məlumat yayıb.
23 yaşlı yarımmüdafiəçi yığmanın 2026-cı il dünya çempionatındakı çıxışını başa vurmasından sonra planlaşdırılmış tibbi prosedurdan keçib. Musialanın sol ayağından metal lövhə çıxarılıb. Klublararası dünya çempionatında aldığı ciddi zədədən sonra sümüyün sabitləşdirilməsi üçün onun ayağına lövhə yerləşdirilmişdi.
Məlumata görə, bu prosedur Musialanın mövsümöncəsi hazırlıq prosesini plan üzrə keçməsinə imkan verəcək. "Bavariya" futbolçunun yeni mövsümün əvvəlində komandanın sərəncamında olacağını gözləyir.