“Neftçi”nin istədiyi forvarda avrokuboklarda iştirak edəcək klub təklif göndərdi

"Neftçi"nin transfer siyahısında yer alan Dani Qomezə bir çox klubdan təklif gəlib.

Newsport.az xəbər verir ki, “ağ-qaralar”ın istədiyi oyunçuya "Apollon"dan dəvət var.

İspan forvard hələ ki yekun qərarını verməyib. Lakin Limassol təmsilçisinin cəlbedici təklifi onun fikrini qətiləşdirə bilər.

Belə ki, “Anortosis” ona illik 800 min avroya yaxın maaş vəd edib. Konfrans Liqasında mübarizə aparacaq klub Qomezin keçidini həll etməyə çalışır.

Hazırda tərəflər arasında danışıqlar gedir. Hazırda azad agent statusu daşıyan 27 yaşlı hücumçu “Real”(Madrid), “Tenerife”, “Levante”, “Espanyol”, “Valensiya”, “Zaraqoza”da çıxış edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right