Braziliya millisinin yarımmüdafiəçisi Bruno Gimaraynş dünya çempionatında 40 ildən sonra qeydə alınan arzuolunmaz göstəricinin müəllifi olub.
Newsport.az "Squawka"ya istinadən xəbər verir ki, Norveçə qarşı 1/8 final görüşündə 28 yaşlı futbolçu təyin olunan penaltini dəqiq yerinə yetirə bilməyib.
Bununla da Gimaraynş 40 ildən sonra dünya çempionatlarında əsas vaxtda penalti qaçıran ilk braziliyalı futbolçu olub. Bundan əvvəl sonuncu belə hadisə 1986-cı il mundialının 1/4 final mərhələsində Fransa ilə oyunda Zikonun penalti vura bilmədiyi vaxt qeydə alınmışdı.