Mikels Premyer Liqa klubuna keçə bilər bölgə təmsilçisi onunla maraqlanır

Başa çatan mövsümü “Karvan-Yevlax”da keçirmiş Coy-Slayd 2026/2027 mövsümü də Azərbaycanda başlaya bilər.

Newsport.az xəbər verir ki, Premyer Liqamızdan ona maraq göstərən klubların sayı az deyil.

Onlardan biri “Şamaxı”, digəri “Kəpəz”dir. Hər iki bölgə təmsilçisi Mikels üçün irəli təklif sürüb. 32 yaşlı futbolçu hazırda azad agent statusunu daşıyır.

Ruanda yığmasının üzvü “Aarau”, “Strommen”, “Allemaniya Ahen”, “Rödinqhauzen” kimi klublarda çıxış edib.

Mikelsin özü də yeni mövsümdə Premyer Liqamızda çıxış etmək niyyətindədir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right