Melo: "Neymarı 45 dəqiqə görməyi üstün tutardım"

Braziliya millisinin keçmiş yarımmüdafiəçisi Felipe Melo Neymarın DÇ-2026-da milli komandada oyun vaxtı ilə bağlı fikirlərini bölüşüb.

Newsport.az xəbər verir ki, “Seleçao Kopa”ya danışan Melo Neymarın milliyə xeyir verə biləcəyini deyib: 

"Əgər Neymar fiziki cəhətdən sağlamdırsa və Ançelotti özü 90 dəqiqə oynaya biləcəyini deyirsə, onu son 45 dəqiqədən çox matçın ilk 45 dəqiqəsində görməyi üstün tutardım. Onu start heyətində görmək istərdim. Necə olacağını zaman göstərəcək. Hər halda, gözləyək. Qarşıda matçlar var".

2025/2026 mövsümündə Neymar bütün yarışlarda 15 oyun keçirib, altı qol vurub və dörd məhsuldar ötürmə edib. Mundialda isə Neymar yalnız bir dəfə meydana çıxıb, 76-cı dəqiqədə Mateus Kunyanı əvəz edib və 14 dəqiqə oynayıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right