"Real" niderlandlının keçidini həll etdi

"Real" "İnter"in müdafiəçisi Denzel Dumfrislə müqavilə imzaladığını rəsmi olaraq açıqlayıb.

Newsport.az xəbər verir ki, niderlandlı 2030-cu il iyunun 30-a qədər “Real”a məxsus olacaq. 

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Denzel "İnter"ə 2021-ci ildə PSV-dən keçib. 30 yaşlı futbolçu “Sparta”(Rotterdam), “Herenven”də də oynayıb.

Yeri gəlmişkən, Dumfirs Niderland millisindən əvvəl Aruba yığmasının üzvü olub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right