Deşamdan Mbappeyə hədiyyə

Fransa millisinin baş məşqçisi Didye Deşam komandanın kapitanı Kilian Mbappeyə yığmada keçirdiyi 100 oyun münasibətilə xatirə forması hədiyyə edib.

Newsport.az xəbər verir ki, hazırkı statistikalara əsasən, 27 yaşlı futbolçu Fransa millisinin heyətində 102 matça çıxıb.

Mbappe 2017-ci ildə məhz Deşamın rəhbərliyi altında milli komandada debüt edib. O, "üçrənglilər"in heyətində 62 qol vurub, 42 məhsuldar ötürmə verib.

Hücumçu 2018-ci ildə Fransa millisi ilə dünya çempionu olub. O, həmçinin 2022-ci il dünya çempionatında komandasının finala yüksəlməsində mühüm rol oynayıb.