"Çelsi"nin ulduzu "İnter" yolunda

"Çelsi"nin və İngiltərə millisinin müdafiəçisi Trevo Çalobanın agentləri futbolçunun "İnter"ə transferi ilə bağlı danışıqlar aparmaq üçün Milana gəliblər.

Newsport.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano özünün "X" sosial şəbəkə hesabında məlumat yayıb.

Bildirilir ki, Çaloba karyerasını A Seriyasında davam etdirmək niyyətindədir. Futbolçunu "Komo" klubu da yaxından izləsə də, londonlular bu təklifi geri çeviriblər.

Trevo Çaloba 2018-ci ildən bəri "Çelsi"nin uğurları üçün çalışır. O, ötən mövsüm klub səviyyəsində 47 matçda meydana çıxıb və 3 qol vurub. Müdafiəçinin hazırkı transfer dəyəri 40 milyon avro qiymətləndirilir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right