"Çelsi"də gözləntiləri doğrultmayan Qarnaço A Seriyası yolunda

"Çelsi"nin 21 yaşlı argentinalı vingeri Alexandro Qarnaço karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.

Newsport.az xəbər verir ki, bu barədə insayder Alfredo Pedulla məlumat yayıb.

Bildirilir ki, hücummeylli yarımmüdafiəçiyə "Roma" maraq göstərir. İtaliya klubu artıq ilk addımları atıb və mümkün transferin şərtlərini öyrənmək üçün London təmsilçisinə müraciət edib. Qeyd olunur ki, söhbət vingerin növbəti mövsüm üçün icarəyə götürülməsindən gedir.

Ötən yay "Çelsi" Qarnaçonu "Mançester Yunayted"dən 50 milyon avroya transfer etsə də, argentinalı futbolçu 43 oyunda cəmi 8 qol və 4 məhsuldar ötürmə ilə yadda qalaraq londonluların ümidlərini doğrultmayıb.

Aprel ayında "Çelsi"nin Qarnaçonu satmaq istədiyi barədə xəbərlər yayılmışdı və "River Pleyt" klubu vingeri 1 illik icarəyə götürməyi təklif etmişdi. 21 yaşlı argentinalının müqaviləsi 2032-cı ilin yayına qədər qüvvədədir, hazırkı transfer dəyəri 28 milyon avro qiymətləndirilir.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right