"Nyukasl" 19 yaşlı vinger üçün 50 milyon avro ödəyəcək

Bazoumana Ture karyerasını "Nyukasl"da davam etdirəcək.

Newsport.az xəbər verir ki, "Nyukasl" və "Hoffenhaym" 20 yaşlı vingerin transferi ilə bağlı razılığa gəlib. Müqaviləyə əsasən, transferin məbləği 50 milyon avro olacaq. Bundan əlavə, Almaniya klubu futbolçunun gələcək satışından da müəyyən faiz əldə edəcək.

Bu transfer "Hoffenhaym" tarixinin ən bahalı futbolçu satışı kimi tarixə düşəcək.

Ture ötən mövsüm Bundesliqada 30 oyunda meydana çıxaraq 5 qol vurub və 9 məhsuldar ötürmə edib. O, bununla da "Hoffenhaym"ın mövsüm üzrə ən yaxşı assist müəllifi olub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right