"Çelsi" ispaniyalı müdafiəçi ilə anlaşdı

Mark Kukurelyanı "Real"a satan "Çelsi" müdafiənin sol cinahını yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.

Newsport.az xəbər verir ki, Premyer Liqa nəhənginin əsas hədəfi "Rayo Valyekano""da çıxış edən Pep Çavarriyadır. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

"Çelsi" ispaniyalı futbolçu ilə şəxsi müqavilənin şərtlərini razılaşdırıb. Klublar arasında yaxın günlərdə anlaşma əldə olunacağı bildirilir.

Qeyd edək ki, "Rayo Valyekano" Pep Çavarriyanı 2022-ci ilin yayında "Saraqosa"dan 1,8 milyon avroya transfer edib. 28 yaşlı sol cinah müdafiəçisi 2025/26 mövsümündə La Liqa təmsilçisinin heyətində meydana çıxdığı 44 rəsmi matçda 1 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi 2030-cu ilin 30 iyun tarixinə kimidir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right