"Trabzonspor" heyətinə yeni oyunçu cəlb edib.
Newsport.az xəbər verir ki, qaradənizlilər "Rizespor"la müqaviləsi başa çatan Samet Akaydınla anlaşıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Türkiyə millisinin üzvü yeni klubu ilə 2+1 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Samet Akaydın 2025-ci ilin yanvarından "Rizespor"da çıxış edirdi. Mərkəz müdafiəçisi 2025/26 mövsümündə Superliqa təmsilçisinin heyətində 30 rəsmi matçda 4 qol və 2 məhsuldar ötürmə edib.