DÇ-2026-da 1/16 final mərhələsinin oyunları keçirilir.
Newsport.az xəbər verir ki, bu günə nəzərdə tutulan 3 matçdan biri başa çatıb.
Meksika Ekvadorla üz-üzə gəlib və 2:0 hesablı qələbə qazanaraq 1/8 finala yüksəlib. 2-ci görüşdə İngiltərə Konqonu sınağa çəkəcək. Meksika 1/8 finalda bu cütün qalibi ilə qarşılaşacaq.
Günün son oyununda isə Belçika Seneqalla qarşılaşacaq. Cütün qalibi 1/8 finalda ABŞ - Bosniya və Herseqovina duelinin üstün tərəfi ilə üz-üzə gələcək.
DÇ-2026
1/16 final
Meksika – Ekvador - 2:0
Qollar: Xulian Kinones, 22, Raul Ximenez, 31
Qırmızı vərəqə: Piero Hinceyp, 90+5 (Ekvador)
20:00. İngiltərə – Konqo DR
00:00. Belçika – Seneqal