"Fənərbaxça"nın sabiq forvardı Toralın komanda yoldaşı ola bilər

"Fənərbaxça” və Niderland millisinin keçmiş hücumçusu Vinsent Yanssen Türkiyəyə geri qayıtmağa hazırlaşır.

Newsport.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 32 yaşlı forvard I Liqa təmsilçisi “Bursaspor”la danışıq aparır.

Millimizin üzvü Toral Bayramovun da formasını geyindiyi klub təcrübəli futbolçunu heyətində qatmaqda israrlıdır. Maliyyə məsələlərində razılıq əldə olunarsa, transfer baş tutacaq.

Yanssen “Almere Siti”, AZ, “Tottenhem”, “Fənərbaxça”, “Monterrey” klublarında oynadıqdan sonra “Royal Antverp” komandasına keçib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right