"Fənərbaxça"nın sabiq hücumçusu "Qalatasaray"a keçə bilər

"Əl-Nəsr"in hücumçusu Con Duran Türkiyə Super Liqasında qayıda bilər.

Newsport.az xəbər verir ki, "Qalatasaray" kolumbiyalı futbolçunu heyətinə qatmaq istəyir. Bu barədə "Sabah" nəşri məlumat yayıb.

Türkiyə çempionunun planı Duranı icarəyə götürməkdir. "Qalatasaray"ın 22 yaşlı forvardın keçidi üçün Səudiyyə Ərəbistanı klubu ilə razılıq əldə etdiyi bildirilir.

Qeyd edək ki, Con Duran 2025/26 mövsümünün birinci yarısında icarə əsasında "Fənərbaxça"da çıxış edib. Kolumbiya millisinin üzvü İstanbul təmsilçisinin heyətində meydana çıxdığı 21 rəsmi matçda 5 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right