“Zenit” “Trabzonspor”un hücumçusu Felipe Auqustonu transfer edib. Rusiya klubu 22 yaşlı hücumçu üçün 16 milyon avro ödəyib.
Newsport.az xəbər verir ki, Türkiyə klubu anlaşmaya 4 milyon avroluq bonusları da daxil etdirib. Bundan sonra sant-peterburqlular 2030-cu ilədək davam edəcək müqaviləni rəsmiləşdirib. Anlaşmada onu daha bir il uzatmağa imkan verən bənd də var.
Trabzonlular Auqustonu ötən yay “Serkl Brügge”dən 5 milyon avroya almışdı. Braziliyalı hücumçu “Korintians” yetirməsidir.