“Man Siti” Mareska üçün “Çelsi”yə 17 milyon funt ödəyib

Entso Mareskanın “Mançester Siti”yə baş məşqçi təyin olunmasından sonra “Çelsi”nin alacağı təzminatın məbləği məlum olub.

Dünən italyan mütəxəssis “şəhərlilər”in baş məşqçisi kimi rəsmən təqdim edilib.

“The Guardian” qəzetinin jurnalisti Ceykob Staynberqin yazdığına görə, “Siti” London klubuna 17 milyon funt-sterlinq dəyərində təzminat ödəyib.

Mareska 2024-cü ilin iyunundan 2026-cı ilin yanvarınadək “Çelsi”yə rəhbərlik edib. O, işindən azad olunarkən londonlulardan təzminat almışdı. Amma indi yeni təyinat aldığından “Çelsi” xərclərinin bir qismini geri alır.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right