Türkiyə Futbol Federasiyası (TFF) 2026/2027 mövsümündə Superliqada tətbiq olunacaq legioner qaydalarında heç bir dəyişiklik edilməyəcəyini açıqlayıb.
Newsport.az xəbər verir ki, qurum bununla bağlı rəsmi bəyanat yayıb.
Bəyanatda bildirilib ki, yeni mövsüm üçün daha əvvəl elan edilmiş qaydalar qüvvədə qalır. Klublar A komanda siyahısına daxil edəcəkləri 10 əcnəbi futbolçu üçün yaş məhdudiyyəti ilə üzləşməyəcəklər.
Lakin siyahıya 14 legioner salınacağı təqdirdə, onlardan ən azı 4-ü 1 yanvar 2003-cü il və ya daha sonrakı tarixdə anadan olmuş futbolçular olmalıdır.
TFF vurğulayıb ki, son günlər ictimaiyyətdə müzakirə olunan məsələyə baxmayaraq, legioner qaydalarında hər hansı dəyişiklik nəzərdə tutulmur.