İtaliya nəhəngində qapıçı ayrılığı rəsmiləşdi

"İnter" 37 yaşlı qapıçısı Yan Zommerin müqavilə müddətinin başa çatmasından sonra komandadan ayrıldığını rəsmən elan edib. İsveçrəli qolkiper üç mövsüm çıxış etdiyi və dörd titul qazandığı Milan klubu ilə yollarını ayırıb.

Newsport.az xəbər verir ki, bu barədə "İnter" klubunun rəsmi saytı məlumat yayıb.

Təcrübəli əlcək sahibi komandada keçirdiyi müddət ərzində bütün turnirlərdə ümumilikdə 139 matçda meydana çıxıb və qapısında 120 qol görüb. Qapıçı bu oyunların 66-da qapısını toxunulmaz saxlamağı bacarıb. Yan Zommer Milan təmsilçisi ilə 2023-cü ilin avqust ayında müqavilə imzalamışdı.

Qeyd edək ki, o, komanda ilə iki İtaliya A Seriyası çempionluğu, İtaliya Kuboku və İtaliya Superkuboku daxil olmaqla 4 kubok qazanıb. Yan Zommer daha əvvəl "Bazel", "Qrasshopper", Münhenqladbax "Borussiya"sı və Münhen "Bavariya"sı kimi klubların da şərəfini qoruyub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right