Vinisius Messi və Ronaldoya çatdı

"Real" və Braziliya millisinin üzvü Vinisius Junior dünya çempionatlarında Lionel Messi və Kriştiano Ronaldonun unikal nailiyyətini təkrarlayıb.

Newsport.az xəbər verir ki, ​25 yaşlı vinger DÇ-2026-nın qrup mərhələsində komandasının keçirdiyi hər üç matçda ən yaxşı oyunçu seçilib. Vinisius Mərakeş, Haiti və Şotlandiya yığmalarına qarşı keçirilən görüşlərin yekunlarına əsasən bu mükafata layiq görülüb.

​Buna qədər yalnız iki futbolçu belə bir nəticəyə nail ola bilmişdi. 2010-cu il dünya çempionatında Kriştiano Ronaldo Braziliya, Fil Dişi Sahili və KXDR ilə matçlarda, 2014-cü il mundialında isə Lionel Messi Bosniya və Herseqovina, İran və Nigeriya ilə qarşılaşmalardan sonra analoji mükafatı qazanmışdı.

​Beləliklə, Vinisius bir dünya çempionatının qrup mərhələsində keçirilən hər üç matçda ən yaxşı oyunçu seçilən tarixdə üçüncü futbolçu olub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right