"Mançester Yunayted"in heyətində ciddi itki baş verib.
Newsport.az xəbər verir ki, Manuel Uqarte dünya çempionatında sıradan çıxıb.
Uruqvay milli komandasının üzvü İspaniya ilə keçirilən matçda zədələnib. Diz bağlarında yırtıq aşkarlanan 25 yaşlı dayaq yarımmüdafiəçisi uzun müddət yaşıl meydanlardan uzaq qalacaq.
Qeyd edək ki, "Mançester Yunayted" Manuel Uqarteni 2024-cü ilin yayında PSJ-dən 50 milyon avroya transfer edib. O, 2025/26 mövsümündə "qırmızı şeytanlar"ın heyətində 24 rəsmi matçda meydana çıxıb.