Fransa millisi 96 yaşlı azarkeşi üçün yaddaqalan addım atıb.
Newsport.az "RMC Sport"a istinadən xəbər verir ki, komandanın futbolçuları uzun illərdir "xoruzlar"a azarkeşlik edən 96 yaşlı qadına hücumçu Kilian Mbappenin imzalı formasını hədiyyə ediblər. Hədiyyə komandanın nümayəndələri tərəfindən azarkeşə şəxsən təqdim olunub.
Bildirilib ki, yaşlı azarkeş bu jestdən olduqca duyğulanıb və futbolçulara təşəkkürünü çatdırıb.
Qeyd edək ki, Fransa millisi iyulun 1-də DÇ-2026-nın 1/16 final mərhələsində İsveç yığması ilə qarşılaşacaq.