Şotlandiya millisinin baş məşqçisi Stiv Klark vəzifəsindən ayrılıb.
Newsport.az BBC-yə istinadən xəbər verir ki, o, DÇ-2026-dakı uğursuz nəticələrə - pley-offa adlaya bilmədiklərinə görə belə addım atıb.
62 yaşlı mütəxəssis vida açıqlamasında millidə keçirdiyi illəri xüsusi qeyd edib və futbolçularına təşəkkürünü bildirib:
“7 il ərzində bu komanda ilə çox unudulmaz anlar yaşadıq. Bu futbolçuların baş məşqçisi olmaq mənim üçün böyük qürur idi. Artıq ayrılmaq lazım gəldiyini hiss etdim. Mundialdan əvvəl də düşünürdü ki, qrupdan çıxa bilməsək, istefa verməliyəm”.
Qeyd edək ki, Stiv Klarkın rəhbərliyi altında Şotlandiya millisi uzun fasilədən sonra yenidən dünya çempionatının final mərhələsinə vəsiqə qazanmışdı. Komanda DÇ-2026-da C qrupunu 3 xalla 3-cü pillədə başa vurub və ən yaxşı üçüncülər sırasından növbəti mərhələyə yüksəlmək şansını son tura qədər qoruyub.