ABŞ Federal Təhqiqat Bürosu (FTB) DÇ-2026 matçlarının keçirildiyi ərazilərdə 400-dən çox pilotsuz uçuş aparatı (PUA) ələ keçirib.
Newsport.az xəbər verir ki, bu barədə qurumun direktoru Keş Patel X sosial şəbəkəsində məlumat yayıb.
“İndiyədək məhdudlaşdırılmış hava məkanının yaxınlığında havaya qaldırılan 400-dən çox pilotsuz uçuş aparatını ələ keçirmişik”, deyə Patel yazıb.
FTB rəhbəri bildirib ki, ABŞ-da dünya çempionatının oyunlarına ev sahibliyi edən şəhərlərdə PUA-ların qarşısını almaq üçün xüsusi qruplar fəaliyyət göstərir.
Onun sözlərinə görə, bazar günü Mayamidə FTB əməkdaşları 7 pilotsuz uçuş aparatını ələ keçirib. FIFA fan zonasında keçirilən tədbirlər zamanı isə daha 7 dron zərərsizləşdirilib.