DÇ-2026-da uğursuzluq yaşadılar, millinin baş məşqçisi istefa verdi

Cənubi Koreya millisinin baş məşqçisi Honq Myunq-bo dünya çempionatındakı uğursuzluqdan istefa verib.

Newsport.az xəbər verir ki, cənubi koreyalı mütəxəssis bunları deyib:

“Bu gün milli komandanın baş məşqçisi vəzifəsindən istefa verirəm. Koreya futbolunu sevən və milli komandanı dəstəkləyən azarkeşlərimizdən üzr istəyirəm. Azarkeşlərimizin ümid etdiyi nəticələrə nail ola bilmədik və bütün məsuliyyət mənim üzərimdədir".

57 yaşlı Honq Myunq-bo 2024-cü ildən bəri milli komandaya rəhbərlik edir. Onun müqaviləsi 2027-ci il Asiya Kubokunun sonuna qədər qüvvədə olub. Oyunçu kimi o, 2002-ci il Dünya Kubokunda dördüncü yeri tutub. Cənubi Koreya millisi A qrupunda üç xalla üçüncü yeri tutub və pley-off mərhələsinə yüksələ bilməyib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right