Montella Türkiyə millisində qalır!

Türkiyə Futbol Federasiyası (TFF) Vinçenso Montellanın milli komandanın baş məşqçisi vəzifəsində qalmasına qərar verib.

Newsport.az xəbər verir ki, bu barədə “Takvim” nəşri məlumat yayıb.

Bildirilib ki, TFF rəhbərliyi ilə italiyalı mütəxəssis arasında milli komanda ilə bağlı bir sıra dəyişikliklər barədə razılıq əldə olunub. 52 yaşlı çalışdırıcı vəzifəsini qoruyacaq, lakin onun məşqçilər korpusunda müəyyən dəyişikliklər ediləcək.

Qeyd edək ki, Türkiyə millisi DÇ-2026-nın qrup mərhələsində Avstraliyaya (0:2) və Paraqvaya (0:1) uduzaraq pley-offa vəsiqə qazana bilməyib. Son turda isə ABŞ üzərində 3:2 hesablı qələbə qazansa da, bu nəticə komandanın turnirdə qalmasına kifayət etməyib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right