"Özbəkistan dünya çempionatında ən yaxşı oyununu göstərə bilmədi" Abbosbek Fayzullayev

Özbəkistan millisinin yarımmüdafiəçisi Abbosbek Fayzullayev komandanın DÇ-2026-dakı çıxışı ilə bağlı danışıb. 

Newsport.az xəbər verir ki, “Başakşehir”in futbolçusu Özbəkistanın qrup mərhələsində qalaraq, mundialla vidalaşmasına münasibət bildirib.

- Nəticəyə baxmayaraq, arzunun gerçəkləşdiyini deyə bilərikmi?

- Bəli, dünya çempionatında oynadıq. Amma bu, yetərli deyildi. Qalib gəlmək istəyirəm. Bunu edə bilmədik. İndi çox yorğunam. Ümid edirəm ki, növbəti dünya çempionatına da vəsiqə qazanacağıq və orada qalib gələcəyik.

- Daha yaxşı oynaya bilərdiniz, yoxsa bu sizin ən yaxşı oyununuz idi?

- Xeyr, bu maksimum deyildi. Nəyə qadir olduğumuzu bilirəm. Yaxşı futbol oynaya bilərik. Burada bizdə bu çatışmırdı. 

Qeyd edək ki, Özbəkistan qrup mərhələsindəki hər üç oyunda məğlub olub, Komandanın mundialda ilk qolunu Abbosbek Fayzullayev, son qolunu Eldor Şomurodov vurub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right