"Fənərbaxça" argentinalı üçün hərəkətə keçdi

"Fənərbaxça" İngiltərədən hücumçu gətirməyi planlaşdırır.

Newsport.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul təmsilçisi “Vest Hem”in forvardı Tati Kastelyanosla maraqlanır.

Hazırda tərəflər arasında danışıqlar gedir. “Fənərbaxça” argentinalı futbolçunu heyətinə qatmaqda israrlıdır. 27 yaşlı forvard özü də Çempionşipdə oynamaq istəmir. Belə ki, “Vest Hem” son mövsümdəki nəticələrə əsasən, İngiltərə Premyer Liqasını tərk edib və yeni mövsümdən Çempionşipdə mübarizə aparacaq.

Kastelyanosun “Vest Hem”lə müqavilə müddəti 2030-cu il iyunun 30-na qədərdir. O, karyerası ərzində “Universidad de Çile”, “Nyu York Siti”, “Jirona”, “Latsio” klublarında oynayıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right