"Mançester Siti" də mərakeşlini istəyir

"Mançester Siti" mərakeşli yarımmüdafiəçi Ayyub Buaddinin transferi ilə bağlı "Lill"lə danışıqlara başlayıb. 

Newsport.az “Footmercato”ya istinadən xəbər verir ki, İngiltərə klubu artıq “Lill”in oyunçusu ilə ilkin əlaqə qurub.

Buaddi “Lill”in yetirməsidir. O, ötən mövsüm bütün yarışlarda 42 oyun keçirib və bir məhsuldar ötürmə edib. Ayyubun “Lill”lə müqavilə müddəti 2029-cu il iyunun 30-na qədərdir.

Mərakeş millisinin üzvünün “Barselona”, “Real”, “Arsenal”, PSJ, “Bavariya”nın transfer siyahısında yer alıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right