Niderland millisinin hücumçusu bu klubla anlaşdı

"Ayaks"la müqaviləsi başa çatan Vaut Veqhorstun yeni klubu məlum olub.

Newsport.az xəbər verir ki, niderlandlı hücumçu karyerasını ölkəsində davam etdirəcək.

Veqhorst "Tvente" ilə anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 33 yaşlı forvardla 2028-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, Niderland millisinin üzvü olan Vaut Veqhorst 2025/26 mövsümündə "Ayaks"ın heyətində meydana çıxdığı 34 rəsmi matçda 9 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right