"Qarabağ" Andradenin transferindən nə qədər qazanıb?

Ukraynanın "Polesye" klubu "Qarabağ"dan Leandro Andradeni transfer etdiyini açıqlayıb.

Newsport.az xəbər verir ki, bu barədə Jitomir təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Premyer Liqa klubu 26 yaşlı vingerlə 2029-cu ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayıb.

"Qarabağ"ın Andradenin transferindən nə qədər gəlir əldə etdiyi də məlum olub. "Transfermarkt" portalının məlumatına görə, "Polesye" kabo-verdeli futbolçu üçün Azərbaycan klubuna 3 milyon avro (5.797.000 manat) ödəyib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right