"Qalatasaray" onu icarəyə göndərməyi planlaşdırır

"Qalatasaray" futbolçusu Renato Nhaqanı icarəyə verməyi planlaşdırır.

Newsport.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 19 yaşlı futbolçunun “Malmö”, “Samsunspor” və ya “Iğdır”a icarəyə göndərilməsi gündəmdədir.

Qvineya-Bissaudan olan yarımmüdafiəçinin bir mövsümlük bu iki komandadan birinə yollanacağı gözlənilir.

Onun “Qalatasaray”la müqavilə müddəti 2030-cu il iyunun 30-a qədərdir.

“Kasa Pia”nın yetirməsi olan Renato 2026-cı il fevralın 3-də Portuqaliya klubundan “Qalatasaray”a keçib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right