DÇ-2026: Salah sıradan çıxıb

Misir millisinin hücumçusu Məhəmməd Salah DÇ-2026-nın qrup mərhələsinin üçüncü turunda İran yığmasına qarşı keçirilən oyunda zədələnib.

33 yaşlı futbolçu qarşılaşmanın ikinci hissəsinin əvvəlində əvəzlənib.

Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, Salah meydanı tərk etdikdən sonra Misir millisinin həkimləri onun zədələnmiş ayağını sarıyıblar.

Buna baxmayaraq, Afrika təmsilçisi dünya çempionatının pley-off mərhələsinə vəsiqəni təmin edib.

DÇ-2026 iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçirilir. Turnirin son qalibi 2022-ci il dünya çempionatının finalında Fransanı məğlub edən Argentina millisidir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right